ÇL-də ikinci finalçı kim olacaq?
Bizi izləyin

İdman

ÇL-də ikinci finalçı kim olacaq?

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, gecənin matçında ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan "Real" və "Bayern" üz-üzə gələcək. Madridin "Santyaqo Bernabeu" stadionunda keçiriləcək qarşılaşmada tərəflərin şansları bərabər hesab edilir.

Heyətlərə gəlincə, "Real"da itki demək olar yoxdur. Çünki hazırda zədəli olan David Alabanın bu mərhələdə oynamayacağı aylar əvvəldən məlum idi. Əks düşərgədə isə Kinqsli Koman, Saşa Boey, Rafael Gerreyro kimi adlar bu görüşü buraxmalı olacaq.

Saat 23:00-da başlayacaq görüşü Şimon Marçinyakın rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi iyunun 1-də Londonun "Uembli" stadionunda baş tutacaq final matçında PSJ-ni mübarizədən kənarlaşdıran Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası: 1/2 final, cavab görüşü
8 may
23:00 Real - Bayern
Hakim: Şimon Marçinyak (Polşa)
Stadion: Santyaqo Bernabeu (Madrid)

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm