PSJ-nin reallaşmayan arzusu: Görün ona görə neçə milyard xərclənib
Bizi izləyin

İdman

PSJ-nin reallaşmayan arzusu: Görün ona görə neçə milyard xərclənib

Dortmund "Borussiya"s tarixində üçüncü dəfə Çempionlar Liqasının finalında çıxış edəcək. Almaniya klubu turnirin yarımfinalında PSJ-yə qalib gəlib (1:0, 1:0). Beləliklə, Fransa çempionunun Çempionlar Liqasının qazanmaq arzusu növbəti dəfə reallaşmayıb.

Publika.az xəbər veirr ki, klub prezidenti Nasser Əl-Xəlaifinin rəhbərlik etdiyi PSJ ulduz futbolçulara külli miqdarda pul xərcləsə də, Avropa səhnəsində demək olar ki, uğur qazana bilməyib. Təkcə üç ən böyük ulduz - Kilian Mbappe, Neymar və Lionel Messi üçün 1,15 milyon avrodan çox pul xərclənib. Hətta belə böyük məbləğə rəğmən PSJ ÇL kubokunu qazana bilməyib.

Mbappe 180 milyon avroya "Monako"dan transfer edilib. "Front Office Sports"un məlumatına görə, Mbappenin komandada olduğu müddətdə onun üçün ümumilikdə 535 milyon avro xərclənib.

Neymar inanılmaz qiymətə - 222 milyon avroya "Barselona"dan heyətə qatılıb. Ümumilikdə braziliyalı Paris klubuna 540 milyon avroya başa gəlib.

Messi azad agent kimi transfer edildiyi üçün PSJ ən az xərci ona çəkib. Bununla belə, o, ildə 33,6 milyon dollar dəyərində iki illik müqavilə imzalayıb. Nəticədə argentinalıya 70 milyon avrodan çox xərclənib.

Qeyd edilir ki, PSJ ÇL-i qazanmaq aruzusu ilə 3 milyarda civarında, bəlkə də daha çox məbləğdə pul xərcləyib. Amma bu, sadəcə arzu və hirs olaraq qalır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm