"Arsenal"da "toydur", "Siti"nin xəbəri yox
Bizi izləyin

İdman

"Arsenal"da "toydur", "Siti"nin xəbəri yox

"Arsenal" İngiltərə Premyer Liqasında mövsümü birinci sıra başa vuracağı təqdirdə, keçiriləcək çempionluq paradının planını hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “topçular” mərasimin keçirilməsi üçün plan hazırlayıb.

"Arsenal"ın avtobusunun Londonun İslinqton ərazisini bir neçə saat gəzərək komandanı arenaya gətirəcəyi gözlənilir. Orada futbolçular azarkeşləri salamlayacaq.

Londonluların mövsümün son oyunu mayın 19-da "Emireyts"də "Everton"a qarşı olacaq. Komanda yekun nəticədə birinci olsa, növbəti gün çempionluq paradı keçiriləcək. Tədbirlərin yerli vaxtla saat 17:00-da başlaması və 20:00-da başa çatması planlaşdırılır.

36 turdan sonra 83 xalı olan "Arsenal" Premyer Liqada turnir cədvəlinə başçılıq edir. İkinci olan "Mançester Siti"nin 82 xalı var. Lakin Pep Qvardiolanın komandası bir oyun az keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm