İdman
Gözdən əlil idmançılar arasında cüdo yarışı keçiriləcək
Noyabrın 17-də “Bakı-2015” ilk Avropa Oyunlarının
Əməliyyat Komitəsi gələn il keçiriləcək Oyunlarda səkkiz kişi və
səkkiz qadın cüdoçunun yarışacağını təsdiq edib.
“Baku-2015”dən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev
adına İdman Arenasında keçiriləcək və cüdo proqramına tam şəkildə
daxil edilmiş bu yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq. Bu
ölkələr Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan,
Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukraynadır. Həmin ölkələr
idmançılarının iştirakını təsdiqləyib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə
baş direktoru Saymon Kleq deyib: “Gözdən əlil idmançılar arasında
keçiriləcək cüdo yarışının proqramımıza əlavə edilməsi çox gözəl
haldır. Bu, dünyanın hər yerindən olan idman azarkeşlərinin zövq
alacağı birinci Avropa Oyunlarının innovativ və inkluziv idman
yarışları olacağının sübutudur. Gələn il təşkil olunacaq Avropa
Oyunlarında yarışmaq üçün seçilmiş bütün idmançıları təbrik etmək
və “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar məşq və hazırlıqlarında
onlara uğurlar arzulamaq istərdim”.
Cari il Afina və 2008-ci il Pekin Paralimpiya oyunlarında iki qızıl
medal, 2012-ci il London Paralimpiya Oyunlarında bürünc medal
qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev kişilərdən ibarət
turnirdə ölkəmizi təmsil edəcək. İ.Zəkiyev bununla bağlı bildirib:
“Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ölkəmi təmsil etmək
üçün seçilmək böyük şərəfdir. Ümid edirəm ki, mən ilk çempion kimi
tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo
yarışının “Bakı-2015” proqramına daxil edilməsi çox gözəldir.
Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışda
Azərbaycana medal qazandırmaq imkanına nail olduğum üçün fəxr
edirəm”.
Gözdən əlil idmançılar arasında cüdo yarışı bir gün ərzində
keçiriləcək. Yarışda 90 kiloqramdan artıq çəki dərəcəsində kişi
idmançılar və 57 kiloqram çəki dərəcəsinədək qadın idmançılar medal
uğrunda mübarizə aparacaqlar.
2012-ci il London Paralimpiya Oyunlarında 52 kiloqram çəki
dərəcəsinədək yarışda qızıl medal qazanmış almaniyalı idmançı
Ramona Brussiq qadın idmançıların yarışında favoritlərdən biri
olacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin
direktoru Pirs O`Kallahan bildirib: “Bakı-2015” Avropa Oyunlarında
iştirak üçün seçilmiş 16 idmançı böyük təcrübəyə malikdir və
qitənin elit idmançılarını təmsil edirlər. Gözdən əlil idmançılar
arasında keçiriləcək cüdo yarışına böyük marağın olacağını
gözləyirik”.
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...