"Neftçi"nin sabiq baş məşqçisi Ronaldonun futbolla vidalaşacağı vaxtı açıqladı
Bizi izləyin

İdman

"Neftçi"nin sabiq baş məşqçisi Ronaldonun futbolla vidalaşacağı vaxtı açıqladı

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun karyerasını başa vurmamasının səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, Mutunun sözlərinə görə, Ronaldo "butslarını mismardan asmazdan" əvvəl böyük oğlu Kriştiano Junior ilə birlikdə rəsmi matçda oynamaq istəyir:

"Bu, onun əsl motivasiyasıdır. O, oğlu ilə rəsmi oyun keçirmək istəyir və buna görə də təslim olmur. "Əl-Nəsr"də bunu etmək olar. Məsələn, "Real"da bunu həyata keçirmək daha çətin olardı. Ancaq mövsümün yarısını birlikdə oynamaq mənə görə qeyri-mümkün görünmür".

Ronaldonun oğlunun 14 yaşı var və “Əl-Nəsr”in akademiyasında oynayır. Superulduz müsahibələrində dəfələrlə oğlunun onunla birlikdə oynamaq arzusunun olduğunu açıqlayıb.

Qeyd edək ki, "Yuventus", "Çelsi" və Rumıniya millisinin sabiq hücumçusu olan Mutu ötən mövsümün ilk yarısında "Neftçi"də çalışıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm