Kriminal
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Oktyabrın 6-da gecə saat 01:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Hadisə nəticəsində Q.Məlikov ölüb. Araşdırma aparılır.
xxx
04:14
Bakıda üç nəfər bıçaqlanıb.
Publika.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, 1976-ci il təvəllüdlü Qurban Məlikov, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Könül Qurbanova və oğlu 2003-cü il təvəllüdlü Məzahir Qurbanov Şağan qəsəbəsinin Hacı İsgəndərov küçəsində yaşadıqları evdə bıçaqlanıblar.
Qurban Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər yaralı şəxslər xəstəxanaya çatdırılıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisəni Qubanovlar ailəsinin qonşusu törədib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin221:24Gənc aktyorun ürəyi dayandı - Vəziyyəti ağırdır
-
Sosial19:36Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində nə deyib?
-
Nida Xəbər 18:40Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
-
Region16:39Türkiyə İsrail prezidentinin Astanaya uçmasına icazə vermədi: Bu yolla getdi
-
Nida Təhlil 15:45Ermənistan elitası "dəmir yumruq"dan sonra belə dəyişib - Sabiq naziri heyrətləndirən məqam
-
Sağlamlıq14:50Kim yüz il yaşamaq istəyirsə... - Bundan hər gün yarım fincan yesin
-
ABŞ14:12Melaniya ilə bağlı zarafat Tramp ailəsini qəzəbləndirdi - O, dərhal qovulmalıdır!
-
İdman14:04Dünya çempionunun xanımı azərbaycanlı dizaynerin tədbirində hər kəsi heyran etdi - FOTOLAR






.jpg)



























.png)




