İdman
BOK qalmaqallı əlcəzairlinin müdafiəsinə qalxdı: İtalyan qadın üzr istədi
Əlcəzairli İman Xeliflə 46 saniyədən sonra döyüşü tərk edən italyan boksçu Angela Karini davranışına görə rəqibindən “üzr istəmək istədiyini” bildirib.
Publika.az xəbər verir ki, Xelif cinsiyyət testindən kemədiyi üçün keçən il qadınların dünya çempionatından diskvalifikasiya edilməsinə baxmayaraq, Parisdə qadın boksunda yarışmaq hüququ qazanan iki idmançıdan biridir.
25 yaşlı gəncin Oyunlarda iştirakı mübahisələrə səbəb oldu və Beynəlxalq Olimpiya Komitəsi (BOK) onun yarışmaq hüququnun olduğunu bildirdi.
25 yaşlı Karini döyüşdən imtinanın şüurlu bir addım olduğunu söyləyib, lakin sonradan Xelifin əlini sıxmadığı üçün peşman olduğunu bildirib.
“Mən rəqibimə qarşı düzgün addım atmadım. BOK onun döyüşə biləcəyini bildirbsə, bu qərara hörmətlə yanaşıram. Mən bunu etmək niyyətində deyildim [əl sıxmadım]. Əslində mən ondan və hər kəsdən üzr istəmək istəyirəm. Onunla görüşsəm, qucaqlayacam”, – Karini bildirib.
Döyüşün ilk 30 saniyəsində üzünə zərbə endirildikdən sonra Karini dəbilqəsini tənzimləmək üçün məşqçisinin yanına gedib. Qısa müddət söhbət etdikdən sonra mübarizəni dayandırıb.
Karini daha sonra bunları söyləyib: “Bu mənim həyatımın yarışı ola bilərdi, amma o anda mən sağlamlığımı düşünməli oldum”.
BOK-un sözçüsü Mark Adams avqustun 2-də deyib: “Əlcəzairli boksçu qadın olaraq doğulub, qadın kimi qeydiyyata alınıb, həyatını qadın kimi yaşayıb, qadın kimi boksda olub, qadın pasportuna malikdir”.
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qərarlarınız sizə uğur gətirəcək