Cənubi Qafqaz
Xocalı qatilləri Bakıya təhvil verilir, daşnaklar həbs olunur, Zəngəzur... - Masada nələr var?
“4 illik təcrübə göstərdi ki, Əliyevin istənilən tələbi Paşinyan tərəfindən yerinə yetirilir. Bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü. Bunlardan biri də Ermənistanda faşizmin məhv edilməsidir”.
Publika.az xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
Xaçatryanın iddiasına görə, Əliyev Ermənistanda Daşnaksütyunu faşizm strukturu elan edərək, onun ləğvi tələbini irəli sürəcək, Paşinyan da bunu yerinə yetirəcək: “Eyni zamanda, Əliyev Qarabağ müharibəsində əsas iştirakçıların Bakıya təhvil verilməsini istəyəcək, Paşinyan da bunu edəcək”.
Erməni deputat hesab edir ki, Əliyevin digər tələbi Ermənistanın demilitarizasiyası ilə bağlıdır.
“ Əliyev bunu bəyan etdi. Bildirdi ki, Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır. Paşinyan artıq bu tələbi nəzərə almağa hazır olduğuna eyham vurub. Eyni vəziyyət Zəngəzur dəhlizi ilə bağlı da yaşanır. Əliyev dəhlizin açılmasını tələb edir. Paşinyan buna qarşı “sülh qovşağı” layihəsini irəli sürüb, halbuki, bunun həyata keçirilməsi mümkün deyil. İstənilən ağıllı insana aydındır ki, Ermənistan nəqliyyat qovşağı, tranzit mərkəzi ola bilməz, buna coğrafiya imkan vermir. Bunu Paşinyan da anlayır, ona görə Azərbaycana yol təklif edir. Azərbaycan üçün vacib məsələ həmin yola nəzarət etməkdir. Paşinyan bir neçə il əvvəl bəyan etmişdi ki, yolda fərqli rejim olacaq. Söhbət Azərbaycanın bu yola hansı səviyyədə nəzarət etməsindən gedir. Fikrimcə, Əliyev istədiyinə nail olacaq. Yol tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Sadəcə olaraq, Paşinyan deyəcək ki, yaxınlıqda erməni bayraqları olsun, hər kəs elə bilsin ki, oraya ermənilər nəzarət edir, amma praktikada yol Ermənistanın nəzarətindən kənarda qalacaq”, - Xaçartyan iddia edib.
Asif
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.webp)






















