İdman
Qriqorçuk sükutu pozdu: “Neftçi”ni çempion etməyə getmişdim, amma...
Bir müddət öncə “Neftçi” ilə qarşılıqlı razılaşma əsasında yollarını ayıran Roman Qriqorçuk sükutu pozub.
Pulbika.az xəbər verir ki, o, ilk dəfə olaraq gedişini şərh edib. İkraynalı mütəxəssis Azərbaycana yollanarkən qarşısına böyük hədəflər qoyduğunu bildirib:
“Azərbaycana gedərkən məqsədim “Neftçi”ni çempion etmək və Çempionlar Liqasında oynamaq idi. Məhz bunun üçün ora yollanmışdım. Lakin 9 turdan sonra “Neftçi” bir oyunda belə qələbə qazanmadı. Belə vəziyyətdə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli olduq. 9 turdakı nəticələrdən sonra başqa bir variant ola bilməzdi. Artıq Ukraynada, evimdəyəm. “Neftçi”yə isə hər şeyin ən yaxşısı və qarşıya qoyulan hədəflərə çatmağı arzulayıram”.
Xatırladaq ki, ilk dövrədə “Neftçi” Qriqorçukun rəhbərliyi altında 9 oyunda qələbə qazana bilməyib. Bu səbəbdən də klub rəhbərliyi ukraynalı mütəxəssislə yollarını ayırıb. Qriqorçuku baş məşqçi postunda Samir Abasov əvəzləyib.
Heybət
-
Magazin122:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR