Arnold qərarını verdi: "Liverpul", yoxsa "Real"?
Bizi izləyin

İdman

Arnold qərarını verdi: "Liverpul", yoxsa "Real"?

"Liverpul"un və İngiltərə millisinin müdafiəçisi Trent Aleksandr-Arnold karyerasını İspaniyada davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə ispan jurnalist Ramon Alvares de Mont məlumat yayıb.

26 yaşlı futbolçu "Liverpul"la müqaviləsi 2025-ci ilin iyununda başa çatdıqdan sonra azad agent kimi Madrid klubuna keçməyə razılaşıb.

İngiltərə millisinin üzvünün qış transfer pəncərəsində də "qalaktikos"a keçməsi mümkündür. Lakin bu ssenari real görünmür.

Trent "Liverpul"un yetirməsidir. 2016-cı ildən "qırmızılar"ın əsas komandasında oynayır. O, klubu ilə Premyer Liqanın , İngiltərə Kubokunun, Liqa Kubokunun, Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və Klublararası Dünya Kubokunun qalibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm