Dünya şöhrətli futbolçu Azərbaycan klubuna təklif olundu - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

Dünya şöhrətli futbolçu Azərbaycan klubuna təklif olundu - RƏSMİ AÇIQLAMA

Belçika millisinin sabiq futbolçusu Raja Naynqqolan karyerasını Azərbaycanda davam etdirə bilər.

Publika.az-ın əldə etdiyi məlumata görə, İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçi menecerlər vasitəsi ilə Birinci Liqada çıxış edən "Karvan" klubuna təklif olunub. Yevlax təmsilçisi məsələyə isti yanaşır. Buna görə tərəflər arasında ilkin danışıqlar olub. Futbolçunun maddi şərtləri öyrənilib.

Klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O, bu məsələdə tələskənliyə yol vermədiklərini, şərtləri və futbolçunun mövcud formasını araşdırdıqlarını bildirib. Eyni zamanda Naynqqolanın mövqeyi də onlar üçün maraqlıdır.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen" kimi klublarda çıxış edib. O, son olaraq İndoneziyanın "Bhayanqkara" klubunda çıxış edib. Bu ilin iyul ayından azad agentdir. Hazırda onun transfer dəyəri 325 min avrodur.

"Karvan" 5 turdan sonra maksimum nəticə ilə Birinci Liqanın lideridir. Yevlax klubu Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm