“Real” Mbappeni transfer etməyinə peşiman olub?
Bizi izləyin

İdman

“Real” Mbappeni transfer etməyinə peşiman olub?

“Real” hücumçu Kilian Mbappenin oyun səviyyəsindən məyusdur və onu transfer etdiyinə görə peşmandır.

Publika.az xəbər verir ki, bunu jurnalist Romain Molina Kolin açıqlayıb:

“Onu dəvət etdiklərinə görə peşmandırlar. Buna zəmanət verirəm. Mən bu barədə qeyri-rəsmi danışdım. Bu, heç də onların gözlədikləri deyildi. Florentino Peres şıltaqlıq etdi. O, həmişə böyük adları olan oyunçuları bəyənib. Bundan əlavə, onun Mbappe ilə övlad münasibəti var. Klub, ilk növbədə, Kilianın gözləntilərə cavab verməyən çıxışlarının səviyyəsindən məyus olub. Soyunub-geyinmə otağında işlər yaxşı getmir, lakin bu, mütləq Mbappenin günahı deyil.

Məncə, “Real” böyük səhv etdi. Mövsümöncəsi məşq etmədi, Bellingemdən fərqli olaraq dərhal oynamağa başladı. Mbappenin 25 yaşında fiziki olaraq necə göründüyünü görəndə bunu izah etmək mümkün deyil. Mən 25 yaşında onun qədər fiziki geriləmə görməmişdim”.

Qeyd edək ki, Mbappe yayda PSJ-dən ayrılaraq, azad agent kimi Madrid klubu ilə 5 illik müqavilə imzalayıb. Fransalı forvard “Los Blankos”un heyətində 11 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm