Yamal Messinin rekordunu təkrarladı
Bizi izləyin

İdman

Yamal Messinin rekordunu təkrarladı

"Barselona"nın vingeri Lamin Yamal Kataloniya klubunun sabiq ulduzu Lionel Messinin 10 il əvvəlki nailiyyətini təkrarlayıb.

Publika.az xəbər verir ki, Yamal İspaniya çempionatının 10 turundan sonra 6 məhsuldar ötürmə edib. O, 2014/2015 mövsümündə Messidən sonra altı və daha çox asist etməyi bacaran ilk "Barsa" oyunçusu olub.

Argentinalı superulduz 10 matçda 7 məhsuldar ötürmə edib.

"Barselona"nın yetirməsi olan Lamin Yamal 2023-cü ilin aprelində 15 yaş 9 aylıq olarkən klubun əsas komandasında debüt edib. 2023-cü ilin sentyabrında İspaniya millisinin heyətində ilk dəfə meydana çıxıb və 2024-cü ilin yayında Avropa çempionu olub.

"Transfermarkt"ın məlumatına görə, 17 yaşlı vingerin transfer dəyəri 150 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm