Yusuf Dikeçin jestini təkrarladı: Görün nədə ittiham olundu - FOTO
Bizi izləyin

İdman

Yusuf Dikeçin jestini təkrarladı: Görün nədə ittiham olundu - FOTO

“Hamburq”un müdafiəçisi Noa Katterbax ikinci Bundesliqanın 9-cu turunun “Maqdeburq”la matçının (3:1) yayımı zamanı uğursuz anla üzləşib.

Publika.az xəbər verir ki, o, anlaşılmazlıq səbəbindən nasist salamı verməkdə şübhəli bilinib.

Qoldan sonra Katterbax azarkeşlərlə qol sevinci yaşamaq üçün tribunaya qaçaraq sağ əlini irəli uzadıb. Televiziya yayımı zamanı futbolçunun Hitler salamına bənzər jest nümayiş etdirdiyi barədə fikir yaranıb, Bu anın görüntüləri mətbuatda və sosial şəkiləridə yayılıb. Geniş müzakirələ səbəb olub.

Lakin daha sonra fərqli rakursdan video və fotolar yayımlanıb. Bundan sonra məlum olub ki, Katterbax əli ilə silah göstərirmiş. Müdafiəçi izah edib ki, o, sadəcə olaraq Parisdəki Olimpiadadakı çıxışından sonra sosial şəbəkələrdə məşhurlaşan türk atıcı Yusuf Dikeçin jestini təkrarlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm