Bu klubun azarkeşləri Kloppa qarşı çıxdılar: Səni kim etdiyimizi unutmusan? - FOTOFAKT
Bizi izləyin

İdman

Bu klubun azarkeşləri Kloppa qarşı çıxdılar: Səni kim etdiyimizi unutmusan? - FOTOFAKT

“Maynts” azarkeşləri“Leyptsiq”lə oyun zamanı Yurgen Kloppla bağlı pankart açıblar.

Publika.az xəbər verir ki, onlar “səni kim etdiyimizi unutmusan?” yazılmış banner qaldırıblar. Fanatlar eyni zamanda onun sitatlarından istifadə edərək pankartlar nümayiş etdiriblər.

Keçmişdə Klopp çoxklublu modelini tənqid etmişdi, Söhbət 2009-cu ildə "Red Bull"un təşəbbüsü ilə yaradılan və Almaniyanın beşinci divizion komandası "Markranstedt"i alan "Leypsiq"dən gedir. Maraqldır ki, Klopp illər sonra sözügedən şirkətin futbol şöbəsinin rəhbəri təyin edilib.

Xatırladaq ki, Klopp "Maynts"ın əfsanəsidir. O, 1990-2001-ci illərdə komandada futbolçu kimi çıxış edib. 2001-2008-ci illərdə isə baş məşqçi kmi fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında klub tarixdə ilk dəfə əsas Bundesliqaya yüksəlib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm