"Bayer" axtarışlara başladı: Alonsonun xələfi kim olacaq?
Bizi izləyin

İdman

"Bayer" axtarışlara başladı: Alonsonun xələfi kim olacaq?

"Bayer Leverkuzen" baş məşqçi Xabi Alonsonun yerinə bir neçə namizədi nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, leverkuzenlilər ispaniyalı məşqçinin mövsümün sonunda mümkün gedişinə hazırlaşır. Onun xidmətində "Real" və "Mançester Siti" maraqlıdır.

"Şəhərlilər" 2025-ci ildə Pep Qvardiolanın ehtimal olunan gedişi ilə bağlı 43 yaşlı mütəxəssisə ciddi maraq göstərirlər.

Qeyd olunur ki, “Bayer” “Ştutqart”ın baş məşqçisi Sebastyan Höness və Almaniya millisinin baş məşqçisi Yulian Naqqelsmannın köməkçisi Sandro Vaqnerin namizədliyini nəzərdən keçirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm