"Borussiya" Madriddə məşq etməkdən niyə imtina edib?
Bizi izləyin

İdman

"Borussiya" Madriddə məşq etməkdən niyə imtina edib?

Dortmund "Borussiya"sının baş məşqçisi Nuri Şahin Çempionlar Liqasının "Real"la oyunu öncəsi Madriddə məşq etməkdən imtina etməsinin səbəbini açıqlayıb

Publika.az xəbər verir ki, o, komandasının casuslar tərəfindən izlənilməsi ilə bağlı mətbuatda yayılan informasiyaya münasibət də bildirib:

"Gələcək həftələrdə çoxlu səfər oyunlarımız var. İmkanlarımızdan maksimum yararlanmaq istəyirik. Sözügedən xəbəri oxumuşam, amma bizim addımımız bununla bağlı deyil. Bu gün təhlil üçün istənilən video yazıya çıxışımız var. Sadəcə, futbolçulara evdə bir az daha çox vaxt keçirmək imkanı vermək istədim.

Evdə və ya səfərdə məşq etməyin elə də böyük fərqi yoxdur. Yeganə fərq uçuşdan iki saat sonra məşq etməkdir. Bu, yeganə səbəbdir. "Real" bizim oyunlarımızı izləyib, biz də onların oyunlarına baxdıq".

Qeyd edək ki, mətbuat Almaniya klubunun casuslardan qorunmaq üçün Madriddə məşq etməkdən imtina etdiyini bildirir.

"Real" - "Borussiya" (Dortmund) matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm