Dünyanın ən çox maaş alan baş məşqçiləri: Lider dəyişdi - SİYAHI
Bizi izləyin

İdman

Dünyanın ən çox maaş alan baş məşqçiləri: Lider dəyişdi - SİYAHI

Roberto Mançini Səudiyyə Ərəbistanı millisindən qovulandan sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hazırda dünyanın ən çox maaş alan məşqçisinə çevrilib.

Publika.az “The Mirror”a istinadən xəbər verir ki, ildə təxminən 21,5 milyon funt-sterlinq qazanan Mançini bir neçə gün əvvələ qədər dünyanın ən çox qazanan futbol mütəxəssisi idi. Lakin indi ildə 20 milyon funt-sterlinq qazanan Qvardiolanın siyahının başına keçib.

İkinci yerdə "Arsenal"ın baş məşqçisi Mikel Arteta qərarlaşıb. O, bu yaxınlarda "topçular"la yeni müqavilə imzalayıb. Nəticədə maaşı ildə 9 milyon funt-sterlinqdən 15 milyon funt-sterlinqə artırıb.

"İlk üçlüy"ü keçən il maaşını 16 milyon funt-sterlinqdən 13 milyon funt-sterlinqə endirən “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone tamamlayır.

Sonrakı sıralarda "Real"a rəhbərlik edən Karlo Ançelotti və "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo qərarlaşıb.

Dünyanın illik ən çox maaş alan 10 futbol məşqçisi:
1. Pep Qvardiola (Mançester Siti) - 20 milyon funt sterlinq
2. Mikel Arteta (Arsenal) - 15 milyon funt sterlinq
3. Dieqo Simeone (Atletiko) - 13 milyon funt sterlinq
4. Karlo Ançelotti (Real) - 9,6 milyon funt sterlinq
5. Joze Mourinyo (Fənərbağça) - 8,9 milyon funt sterlinq
6. Jorxe Jesus (Əl-Hilal) - 8,4 milyon funt sterlinq
7. Luis Enrike (PSJ) - 7,5 milyon funt sterlinq
8. Arne Slot (Liverpul) - 6,8 milyon funt sterlinq
9. Erik ten Haq (Mançester Yunayted) - 6,8 milyon funt sterlinq
10. Vinsent Kompani (Bavariya) - 6,7 milyon funt sterlinq

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm