İdman
"Real"da ara qarışdı: Həm darmadağına, həm də Ardaya görə
"Real" rəhbərliyinin bəzi üzvləri komandanın baş məşqçisi Karlo Ançelottinin istefaya göndərilməsinin tərəfdarıdır.
Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Direktorlar şurasının bir hissəsi italiyalı məşqçinin rəhbərliyi altında “Los Blankos”un son nəticələrindən və İspaniya çempionatının 11-ci turu matçında “Barselona”ya ağır məğlubiyyətdən (0:4) narazıdır.
İddia olunur ki, Ançelotti hələ də klub prezidenti Florentino Peres tərəfindən dəstəklənir. Lakin qərarların qəbulunda rəqiblərinin böyük təsiri var. Onlar hesab edirlər ki, məşqçi klubun gənc futbolçuları ilə yaxşı işləmir. Xüsusən də 19 yaşlı yarımmüdafiəçi Arda Güləri meydana buraxmır. Türkiyəli futbolçu 2023-cü ildə 20 milyon avroya alınıb. Lakin o vaxtdan bəri klubda cəmi 23 oyun keçirib və 6 qol vurub.
Qeyd olunur ki, italiyalının istefasını dəstəkləyənlər ona bir şəxs kimi hörmət edirlər və klubun tarixinə verdiyi töhfəni yüksək qiymətləndirirlər. Lakin onun Madriddəki vaxtının keçdiyinə inanırlar.
Ançelotti 2021-ci ildən "Real"a başçılıq edir. O, komanda ilə 2 dəfə Çempionlar Liqası və UEFA Super Kubokunu, 1 dəfə isə İspaniya Liqası və Kral Kubokunu qazanıb. O, daha əvvəl 2013-2015-ci illərdə (Çempionlar Liqası və İspaniya Kuboku) "kral klubu"nda çalışıb.
Bu mövsüm 65 yaşlı çalışdırıcının rəhbərlik etdiyi komanda 24 xal toplayaraq La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Heybət
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO