Razılıq verdi: "Mançester Yunayted"in yeni baş məşqçisi o olacaq
Bizi izləyin

İdman

Razılıq verdi: "Mançester Yunayted"in yeni baş məşqçisi o olacaq

"Sportinq"in baş məşqçisi Ruben Amorim "Mançester Yunayted"ə rəhbərlik etməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Portuqaliyalı mütəxəsis "qırmızı şeytanlar"ı çalışdırmağa razılıq verib. Hazırda klublar təzminat məbləği ilə bağlı anlaşmağa çalışırlar.

"A Bola"nın məlumatına görə, Amorimin müqaviləsində üç növ təzminat maddəsi var: Portuqaliya klubuna keçərkən 30 milyon avro, xarici kluba 20 milyon avro və Avropa nəhənginə 10 milyon avro.

39 yaşlı Amorim 2020-ci ilin martından "Sportinq"ə rəhbərlik edir. Bundan əvvəl o, "Braqa"da çalışıb.

Qeyd edək ki, “Mançester Yunayted” ötən gün Erik ten Haqı istefaya göndərdikdən sonra baş məşqçisiz qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm