İdman
22 yaşında karyerasını başa vurdu: Dinə qarşı çıxmamaq üçün
Avstriyanın “Blau-Veys” klubunun mərkəz müdafiəçisi Silvan Valner karyerasını bitirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Blick” məlumat yayıb.
İsveçrəli futbolçunun bu addımına səbəb din olub. 22 yaşlı futbolçu şənbə günləri işləməyi qadağan edən protestantlığın qollarından birinin tərəfdarıdır. Avstriya çempionatının oyunları tez-tez bu günə düşdüyündən, oyunçu artıq dinə qarşı çıxa bilməyəcəyinə qərar verib. Buna görə də futbolla vidalaşıb.
Valner sentyabrın əvvəlində “Sürix”dən “Blau-Veys”ə keçib. Müdafiəçi Linz klubunda 5 oyun keçirib və 1 sarı vərəqə alıb. O, İsveçrənin 21 yaşadək futbolçulardan ibarət millisinin heyətində 3 oyun keçirib.
Heybət
-
Digər20:15
Rəsədxana kosmik hava proqnozunu açıqladı
-
Kriminal19:05
Azər Qasımlı barədə QƏRAR verildi
-
Dünya18:55
Kamal Kılıçdaroğlu və həyat yoldaşı QƏZAYA DÜŞDÜ
-
Hadisə18:45
Gəncədəki partlayış səsləri ilə bağlı daha bir AÇIQLAMA
-
Nida Xəbər 18:40
Statistika Şurasının YENİ TƏRKİBİ
-
Kriminal18:22
35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR
-
Sosial17:48
MN-dən Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat
-
Hadisə17:10
ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yeniləndi