İdman
Fernandu Santuş hesabat verdi
17 dekabr 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun komandamızın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millimizin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.
Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarımızın seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.
İcraiyyə Komitəsinin iclasında AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib. Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.
İcraiyyə Komitəsinin iclasında digər məsələlər müzakirə edilib.
-
Art01:41
"Üzüklərin Rəbbi" filminin ulduzu VƏFAT ETDİ - FOTO
-
İdman01:21
FIFA ilin ən yaxşılarını AÇIQLANDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Təsadüfi hadisələr sizi narahat edə bilər
-
Magazin117 Dekabr 23:12
“Gecə saat 2-də ərimə niyə zəng edirsən?” - Zülfiyyədən Telliyə İRAD
-
Hadisə17 Dekabr 22:48
Şəhidin atası partlayış zamanı HƏLAK OLDU - TƏFƏRRÜAT
-
Səhiyyə17 Dekabr 22:12
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ - Bu vəziyyətə düşmə ehtimalı çoxdur
-
Magazin217 Dekabr 21:48
Məşhur modelin evinə siçovullar HÜCUM ETDİ
-
Hadisə17 Dekabr 21:00
Xəzərdən gələn TƏHLÜKƏ: - Bakıya XƏBƏRDARLIQ