Yaxın Şərq
Ordu ayağa qaldırıldı: Türkiyə yeni əməliyyata hazırlaşır
Türkiyə Suriyada genişmiqyaslı əməliyyata hazırlaşır.
Publika.az xəbər verir ki, bu iddianı “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən irəli sürüb.
Nəşrin iddiasına görə, Türkiyə Suriya ilə sərhədə qüvvələr toplayır.
“Rəsmilər Türkiyə ordusu və Türkiyəyönümlü silahlı birləşmələrin Suriya ilə sərhəddə toplandığını, Ankaranın genişmiqyaslı əməliyyata hazırlaşdığını deyirlər. ABŞ rəsmilərinin birinin qeyd etdiyi kimi, Türkiyənin əməliyyatı qaçılmaz ola bilər”, - nəşr yazıb.

Məqalədə Türkiyənin bölgədəki fəaliyyətinin 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatı öncəsi atdığı hərbi addımlara bənzədiyi bildirilib. Məlumata görə, PKK/PYD-nin xarici əlaqələr üzrə məsul şəxsi İlham Əhməd Donald Trampa Ankaranın hərbi əməliyyat keçirməsi ehtimalının yüksək olduğunu deyib. Ondan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qoşun yeritməməsi üçün təzyiq göstərməsini istəyib.
“The Washington Post” nəşri isə bir müddət öncə yazırdı ki, Suriyada Türkiyənin dəstəklədiyi qüvvələrlə ABŞ-ın dəstəklədiyi kürd qüvvələr arasında “vətəndaş müharibəsi” başlaya bilər.
-
Cənubi Qafqaz18:55Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib, toya Sərkisyan da qatılıb
-
Ekologiya17:40Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...
-
Rəsmi xronika16:55İlham Əliyev Ağdamda açılışda iştirak etdi - YENİLƏNDİ
-
Rəsmi xronika15:35Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 14:36Azərbaycandan benzin alan Ermənistan şirkəti görün kimin imiş
-
Nida Xəbər 13:58Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
-
İdman13:40Qadın idman jurnalisti izləyicilərini valeh etdi - FOTOLAR
-
Sosial12:58İş və istirahət günlərinin yeri dəyişdiriləcək? - Nazirlikdən açıqlama

























