İngiltərə klubunun xalları silinə bilər
Bizi izləyin

İdman

İngiltərə klubunun xalları silinə bilər

İngiltərə Premyer Liqasında çıxış edən "Lester"in xalları silinə bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, klub ölkə çempionatının maliyyə qaydalarını pozmaqda ittiham olunur.

Hüquqşünaslar pozuntulara yol verilib-verilmədiyini müəyyənləşdirmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər. Sanksiya qərarının yanvarın 13-də dərc olunacağı gözlənilir.

Qeyd edək ki, “Lester” klubu 2022/2023-cü illər mövsümündə maliyyə qaydalarını pozmaqda ittiham edilir. Komanda hazırda 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm