“Qarabağ” hazırlığa start verdi
Bizi izləyin

İdman

“Qarabağ” hazırlığa start verdi

“Qarabağ” 2024/25 mövsümünün ikinci yarısının hazırlığına start verib.

Publika.az xəbər verir ki, 2025-ci ilin ilk məşqi “Azersun Arena”da baş tutub.

Futbolçular öncə fitnes hazırlıq keçib, ardınca toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra komandaya qoşulan Aleksey İsayev, Bəhlul Mustafazadə və Kevin Medina kollektiv hazırlıqlara qatılıblar.

Bədavi Hüseynov isə müalicə-bərpa prosesini davam etdirir. Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq. “Qarabağ” ayın 17-də “Şamaxı” ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm