İdman
Çövkən üzrə "Super Kubok"un qalibi müəyyən olundu
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə "Super Kubok"un final oyunu keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin bağlanış mərasimi ilə davam edib.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.
"Super Kubok" uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi "Sərhədçi" komandası ilə Çövkən üzrə "Prezident Kuboku"nun qalibi "Elit" komandası mübarizə aparmış, gərgin və dinamik oyunun sonunda isə "Sərhədçi" komandası 1-0 hesabı ilə qalib gələrək "Super Kubok"un sahibi olub.
Qalib komandaya "Super Kubok"u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim ediblər.
-
Kriminal12:10
Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." - Şok təfərrüatlar
-
Nida Xəbər 11:55
Fransız casusla bağlı ittiham aktı elan olundu
-
Magazin111:18
“Həmin üzdəniraq fiqurlar...“ - Faiq Ağayev od püskürdü / VİDEO
-
MDB10:42
Universitetlər yeni təhsil sisteminə keçir: “Bakalavr” anlayışı ləğv ediləcək
-
Hadisə10:18
Turistlərdən ağlasığmaz davranış: Qadın heykəllə cinsi əlaqədə olur, kişi şalvarında... - FOTO
-
Sosial09:54
Onlara yeni vəzifə verildi
-
Region09:12
Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti tapıldı
-
Ekologiya07:35
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ