İdman
"Sevilya" geri çəkilib, yoxsa Juninyo fikrini dəyişib? - Menecer detalları açıqladı
Dünən gecə saatlarından etibarən “Qarabağ”ın futbolçusu Juninyo yenidən gündəmə gəlib. Onun “Sevilya”ya transferinin baş tutmayacağı barədə informasiyalar təkcə Azərbaycanda və İspaniyada deyil, Braziliya və Avropanın aparıcı nəşrlərində tirajlanmağa başlayıb. Hətta tanınmış insayderlər də bu məsələni gündəmdə saxlayır.
Juninyonun “Sevilya”ya transferinin baş tutmayacağı artıq dəqiqləşib. İspaniya klubunun geri addım atması fonunda braziliyalı futbolçunun vətəninə, “Flamenqo”ya keçəcəyi gözlənilir.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən menecer Tural Əsgərov Əndəlüs klubunun Juninyodan imtina etməsi ilə bağlı iddiaları təkzib edib. “Dünən axşam “Sevilya” geri çəkilməyib, Juninyo ora getmək qərarından vaz keçdi” – deyə o, bildirib.
“Flamenqo” həm futbolçuya, həm də “Qarabağ”a səxavətli təklif göndərib. Yeni mövsümə hazırlaşan Braziliya klubu transferin bu həftə ərzində tamamlanmasını istəyir. Buna görə də klub rəhbərliyi maliyyə məsələlərində heç bir tərəflə xırdalığa getməməyə çalışır.
Heybət Məmmədov
-
Cənubi Qafqaz20:36Ermənistanda qumbara partladı - Ölənlər var
-
Magazin119:36Gəlinini səhnədə təbrik etdi - VİDEO
-
Elm və təhsil18:48Sevinc Həsənova vəzifəsindən AZAD EDİLDİ
-
ABŞ18:24Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda
-
İdman17:09Xabi Alonso “Qarabağ”la oyun öncəsi “Liverpul”a qayıdır?
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı



































