İdman
Anasından xəbər gəldi, əfsanəvi baş məşqçi göz yaşlarını saxlaya bilmədi - VİDEO

Kişi voleybolçular arasında baş tutan Braziliya – Serbiya qarşılaşmasından öncə birincilərin baş məşqçisi Bernardu Rezende göz yaşlarını saxlaya bilməyib.
Publika.az xəbər verir ki, oyun ərəfəsində 66 yaşlı mütəxəssisin 90 yaşlı anasının vəfat xəbərini aldığı məlum olub. Rezende komandadan kənarlaşsa da, meydanı tərk etməyib. O, özünü ələ almağa çalışıb, lakin bu, asan olmayıb.
Braziliya millisi 0:3 hesabı ilə məğlub olaraq sensasiyalı şəkildə dünya çempionatından kənar qalıb. İlk turda Çin üzərində (3:1), daha sonra isə Çexiya üzərində (3:0) qələbə qazanan komanda mərhələ adlamaq üçün serblərə qarşı görüşdə heç olmasa bir set qazanmalı idi.
Rezende Braziliya voleybolunun əfsanəvi simalarından biridir. O, oyunçu kimi 1982-ci ildə dünya çempionatının gümüş medalını qazanıb, 1984-cü il Olimpiadasında da “gümüş” əldə edib.
“Bernardinyu” 2001-ci ildə Braziliya yığmasına baş məşqçi təyin olunub və 2018-ci ilə qədər bu postda çalışıb. Onun rəhbərliyi altında komanda Afina-2004 və Rio-2016-da Olimpiya çempionu olub, Pekin və London Oyunlarında isə finala qədər yüksəlib. 2002, 2006 və 2010-cu illərdə dünya çempionatının qalibi Braziliya məhz onun rəhbərliyi ilə uğura imza atıb. 2023-cü ildə isə Rezende yenidən vəzifəsinə qayıdıb.
1994–2000-ci illərdə, o, qadınlardan ibarət Braziliya millisinin baş məşqçisi olub və komanda iki Olimpiadada gümüş medal qazanıb.
Heybət
Brezilya koçu Bernardinho bugün Sırbistan maçından hemen önce annesinin vefat ettiğini öğrendi
— Gibby (@gibbybaris) September 18, 2025
Bernardo Rezende bu haberin ardından gözyaşlarına boğuldupic.twitter.com/NtrS4eWxZS

-
ABŞ19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
Nəqliyyat18:50
Avtobuslarda məsafəyə uyğun ödəniş sistemi tətbiq ediləcək - Bu tarixdən...
-
Ekologiya18:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya17:35
48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib - FOTOLAR
-
Rəsmi xronika17:33
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu
-
Sosial15:56
Gələn il pensiyalar nə qədər artacaq?