İdman
Yeni ilin ilk derbi həyəcanı: “Qartallar” “Aslanlar”a qarşı - OPTIMAL HEYƏTLƏR
Bu gün Türkiyədə derbi həyəcanı var. Superliqanın 16-cı turunun mərkəzi görüşü “Atatürk Olimpiya” stadionunda baş tutacaq. Bakı vaxtilə saat 21:00-da “Beşiktaş”la “Qalatasaray” üz-üzə gələcək.
Publika.az xəbər verir ki, bu qarşılaşma həm də Superliqada birinci dövrənin qalibini müəyyənləşdirmək baxımından həlledici olacaq. Qələbə sayəsində liderliyini qoruyacaq “Beşiktaş” Superliqada yaranacaq fasiləyə birinci dövrənin qalibi kimi yollanacaq. Baxmayaraq ki, rsəmən birinci dövrənin son oyunları yanvarin 25-26-da keçiriləcək.
İstanbulun iki böyük klubu rəsmi oyunlarda 335-ci dəfə üz-üzə gələcək. Uzun bir müddətdən sonra “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray”ın eyni anda çempionluğa iddialı olmaları görüşü daha da maraqlı edir. Bu qarşılaşmanı 30-32 min tamaşaçının izləyəcəyi iddia olunur. 11 min abunəçidən başqa, bu gün səhər saatlarına qədər 20 minə yaxın bilet satıldığı müşahidə olunub. Oyunu Türkiyənin ən məşhur FIFA referisi Cüneyt Çakır idarə edəcək.
“Beşiktaş” - “Qalatasaray” derbilərinin maraqlı məqamlarına göz ataq.
- Əzəli rəqiblərin qarşılaşdığı 334 matçda “Beşiktaş” 110, “Qalatasaray” isə 120 dəfə qələbə qazanıb. Rəqiblər arasında keçirilən oyunlarda 110 heç-heçə qeydə alınıb. “Qara qartallar” 432 qol vurub, qapısında 472 qol görüb.
- İki komanda arasındakı 91 illik rəqabətdə “Beşiktaş”ın əfsanə kapitanı "Baba" ləqəbli Haqqı Yetən 61 matçda 29 qolla ən çox qol vuran futbolçu ünvanına sahibdir. Yenə “Beşiktaş”lı Şərəf Görkey 63 matçda 26 qolla 2-ci pillədə qərarlaşıb. “Qalatasaray”da isə Gündüz Kılıc 31 matçda 21 qol vuraraq “Beşiktaş”a ən çox qol vuran “sarı-qırmızılı” futbolçu ünvanına sahibdir.
- “Qalatasaray” - ”Beşiktaş” rəqabətində geridə qalan 334 görüşdə bir matçda ən çox qol vuran futbolçu “sarı-qırmızılılar”ın əfsanəvi futbolçusu Gündüz Kılıcdır. “Qalatasaray”lı futbolçu 30 iyun 1940-cı ildə “Qalatasaray”ın 9:2 qazandığı tarixi matçda 5 qol birdən vurub.
- “Beşiktaş” 30 mart 1975-ci ildən 16 sentyabr 1979-cu ilə qədər “Qalatasaray”la oynadığı 17 matçda qələbə üzü görməyib.
- “Qalatasaray” isə 20 noyabr 1931-ci ildən 21 iyun 1936-cı ilə qədərçıxdığı 15 matçda əzəli rəqibini məğlub edə bilməyib.
Əzəli rəqabətin 91 illik keçmişində bir çox futbolcu hər 2 komandada çıxış edib. Son dövrdə həm “Beşiktaş”, həm də “Qalatasaray”da forma geyən oyunçular arasında Əli Çoban, Mirsad Kovaçeviç (Mirsad Günəş), Saflıq Bayraqlı, Sergen Yalçın, Əhməd Yıldırım, Məhəmməd Aksu, Ayhan Akman, Əmrə Aşık, Adrian İlye, Berkant Göktan və Okan Buruk var.
Rəqiblər arasındakı sonuncu görüş ötən il fevralın 22-də keçirilib və “Qalatasaray” 1:0 hesabıyla qalib gəlib.
Optimal heyətlər
Beşiktaş: Tolqa Zengin, Serdar Kurtuluş, Pedro Franko, Ersan Gülüm. İsmail Köybaşı, Veli Kavlak, Oğuzhan Özyakup, Gökhan Töre, Olcay Şahan, Xose Sosa, Demba Ba.
Qalatasaray: Fernando Muslera, Sabri Sarıoğlu, Orelyen Şedju, Semih Kaya, Aleks Telles, Felipe Melo, Selcuk İnan, Emre Çolak, Uesli Sneyder, Burak Yılmaz, Umut Bulut.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı