"Simurq" 5 yoldaşlıq oyunu keçirəcək
Bizi izləyin

İdman

"Simurq" 5 yoldaşlıq oyunu keçirəcək

Zaqatalanın “Simurq” futbol komandasının Antalyada təşkil edilən təlim-məşq prosesində dəyişikliklər olub.

Publika.az-ın məlumatına görə, “Simurq” toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də təşkil olunacaq.

Baş məşqçi Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin “Əl-Eyulma” klubu olacaq. İkinci görüşdə Zaqatala təmsilçisi Albaniyanın “Partizani” kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən “Simurq” Almaniyanın “Dyusburq” klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın “İrtış” və Rumıniyanın “Astra” klubları ilə olacaq. Komandamızın sonuncu sparrinq rəqibi isə Ukraynanın “Volın” kollektivi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm