İdman
“Qəbələ” “Kuban”la qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin yoxlama oyunlarının vaxtında dəyişiklik baş verib. Bu dəyişiklik qış hazırlıq prosesinin ikinci hissəsində baş tutmalı olan qarşılaşmalarla bağlıdır.
Publika.az xəbər verir ki, həmin mərhələdə 3 sınaq matçına çıxacaq Roman Qriqorçukun yetirmələri yanvarın 22, 25 və 29-da deyil, 23, 25 və 27-də gücünü sınayacaq.
Bu arada “Qəbələ”nin daha bir sınaqçı rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” təlim-məşq toplanışının ikinci mərhələsində ilk yoxlama oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək. Krasnodar təmsilçisi ilə oyun yanvarın 23-də baş tutacaq. Bu matç rusiyalıların məşq keçdiyi “Bellis” idman kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.
Rusiya Premyer Liqasında çıxış edən “Kuban” 1928-ci ildə yaradılıb. Ötən mövsüm çempionatı 8-ci yerdə başa vuran Krasnodar təmsilçisi cari çempionatda da qış fasiləsinə 8-ci pillədə yollanıb.
Qeyd edək ki, ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə 0:0 hesablı heç-heçə edən “qırmızı-qaralar” bu gün Türkiyə “Əskişəhərspor”u ilə üz-üzə gələcək. “Kuban”la matçadək baş tutacaq digər iki oyun isə yanvarın 17-də keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” yanvarın 28-də vətənə qayıdacaq.
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək