İtalyanlar da kababın dadını bilir: “Napoli” futbolçularının manqal kefi - VİDEO+FOTOLAR
Bizi izləyin

İdman

İtalyanlar da kababın dadını bilir: “Napoli” futbolçularının manqal kefi - VİDEO+FOTOLAR

İtaliya çempionatının ötən turunda “Yuventus”a məğlub olan (1:3) “Napoli”nin düşərgəsində ab-hava düzəlib. Neapollular liderə məğlubiyyəti tez unudub.

Publika.az xəbər verir ki, 19-cu turda “Latsio”nun qonağı olacaq partenopeylilər bu oyunun hazırlığına manqal kefiylə start verib.

Baş məşqçi Rafael Benites klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb:

“Bir günlük istirahətdən sonra “Latsio” ilə oyunun hazırlıqlarına başladıq. İlk məşqdən sonra futbolçuların başqa üstün keyfiyyətlərini öyrənmək üçün manqal kefi təşkil etdim. Hərə bir işin qulpundan yapışdı. Bir-ikisi əti hazırladı, bəziləri isə, əsasən də cənubi amerikalılar kulinariya bacarıqlarını göstərdi. Əyləncəli vaxt keçirdik. İndi bazar günü keçiriləcək oyuna yeni güclə hazırlaşmaq olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm