Prezident: “Hafka söz verdiyi 14 milyonu ödəyəcək”
Bizi izləyin

İdman

Prezident: “Hafka söz verdiyi 14 milyonu ödəyəcək”

“Hafiz Məmmədov "Lans"ı heç kimə verməyəcək”.

Axar.az xəbər verir ki, bu barədə Fransanın "Lans" klubunun prezidenti Jerve Martel açıqlama verib. Martel bildirib ki, Hafiz Məmmədov söz verdiyi 14 milyon avronu ödəyəcək.

Stadium.az-ın məlumatına görə, o, açıqlamasında deyib ki, klubun səhmdarı Hafiz Məmmədovdur və o, qalmaq istəyir: “Məmmədovun müəyyən çətinlikləri var idi, amma onları həll etdiyini bildirdi. Hafiz Məmmədovun maliyyə vəziyyəti yaxşılaşır. O, bizə yanvarda 4 milyon, fevralda isə 5 milyon avro ödəyəcəyini bildirdi”.

Martel onu da bəyan edib ki, müəyyən çətinliklərə baxmayaraq, "Lans"da maaşlar heç vaxt gecikməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm