Maskalı şəxslər sərnişin qatarına hücum etdi
Bizi izləyin

İdman

Maskalı şəxslər sərnişin qatarına hücum etdi

Polşada sərnişin qatarı hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə Polşanın şimalında yerləşən Sopot şəhəri istiqamətində hərəkət edən qatarda baş verib.

Qarışıq döyüş növləri üzrə yarışı izləməyə yollanan Qdanın “Arka” klubunun azarkeşləri naməlum şəxslərin hücumuna məruz qalıb. Azarkeşlərin olduğu vaqon daşa basılıb. Sonra maskalı təcavüzkarlar vaqona soxulub və kütləvi dala-dalaş baş verib. İnsident nəticəsində 10 nəfər ciddi xəsarət alıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Polis hadisəylə bağlı araşdırma aparır.

Polşa mətbuatının yaydığı məlumata görə, polis hadisədə əli olan 5 nəfəri həbs edib. Onların işi prokurorluğa təqdim edilib.

İlkin ehtimallara görə, qatara hücum edənlərin Qdan “Lexiya”sının azarkeşləri olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm