İdman
Kristina Pravdina: “Mən quş kimi müstəqiləm”
Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri də qadın idman gimnastikasıdır. Qitənin ən güclü idmançıları arasında 6 cüt - komanda hesabı, şəxsi çoxnövçülük, fərdi finallar - tir üzərində, müxtəlif hündürlüklü qollarda, dayaqla tullanma və sərbəst hərəkətlər üzrə medallar uğrunda mübarizə gedəcək.
Gimnastımız Kristina Pravdina bu genişmiqyaslı idman tədbirində ölkəmizi təmsil etmək üçün namizədlərdən biridir. Söhbət əsnasında, Gimnastika Federasiyasının mətbuat xidməti, gimnastın həyatı haqda maraqlı faktları, həmçinin Kristinanın yaxın gələcək üçün planlarını öyrənib.
- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- İdmançı ailəsində böyümüşəm, uşaq vaxtı evdə mənimlə qalmağa heç kəs olmurdu. Buna görə də valideynlərim məni gimnastikaya yazdırdılar və indiyə qədər də idmanla məşğul oluram. Əvvəllər zalda ətrafda qaçırdım, gimnastlara baxırdım. Daha sonra məşqçi məni gördü və məşq etməyi təklif etdi.
- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Düşünürəm ki, digər idman növlərində də uğurlu ola bilərdim. Mən yenilikləri tez qəbul edirəm, amma gördüyünüz kimi öz qərarımı dəyişmədim, çünki gimnastikanı sevirəm.
- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Əvvəllər emosiyalar var idi, indi böyük fasilədən sonra çıxış etmək elə də qorxulu deyil. Mən artıq bilirəm ki, bütün bunları etmişəm. Buna görə də emosiyalarımı idarə etməyi yaxşı bacarıram. Bunun xüsusi sirri yoxdur.
- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- Əməksevərlilik. Əmək sərf edəcəksənsə, nəticə əldə edəcəksən.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?
- İdman növündən asılıdır. Hər idman növü özünə görə çətindir. Lakin gimnastika, ən çox da idman gimnastikası daha zədəyəmeyllidir. Ancaq biz zədə almamaq üçün hər şeyi nəzarət altında saxlayırıq. Bizə uşaqlıqdan necə düşməyi öyrədirlər.
- İdmanda kumirin varmı?
- Əvvəllər Svetlana Xorkina idi, lakin indi Aliyə Mustafinadır, əsl döyüşçü. Mən onunla şəxsən tanışam, düşünürəm ki, bir çoxları Avropa çempionatinda onun necə zədə aldığının şahidi oldu. Ondan əlavə, rumıniyalı Larisa Yordakenin uğurlarını izləyirəm, Amerikalı Simona Baylz isə hərəkətlərinin çətinliyi ilə sadəcə heytrətləndirir.
- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Planda medal qazanmaqdır. Böyük platformaya çıxıb, hər kəsin simpatiyasını qazanmaq lazımdır. Bunun üçün işləmək, zəhmət çəkmək, proqramı çətinləşdirmək lazımdır. Bu il mənim ilk yarışım martda keçiriləcək Açıq Azərbaycan çempionatı olacaq, sonra isə dünya kuboku mərhələləri başlayır. Daha sonra çox əhəmiyyətli olan Avropa çempionatı və Avropa Oyunları olacaq. Vaxta az qalıb, ona görə də hər məşq ciddidir.
- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Mən düşünürəm ki, bu, çox möhtəşəm tədbir olacaq, Yeniyetmə Olimpiya Oyunları kimi, bu haqda çox danışacaqlar. Buna görə də, Avropa Oyunları da diqqət mərkəzində olacaq. İki hərəkətdə - müxtəlif hündürlüklü qollarda və tir üzərində yaxşı kombinasiya toplamaq lazımdır. Yaxşı perspektiv var. Yavaş-yavaş yükü genişləndirib, stabilləşdirmək lazımdır.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- 5 il öncə zədə aldığım zaman düşünürdüm ki, bundan sonra nə edəcəm. Bir neçə yerdə işləməyi sınamışdım. Lakin yenə də gimnastikada qaldım. Bu sahədə mən peşəkaram, elə bu sahədə də qalıb məşqçi kimi öz idmançı nəslimi, öz çempionlarımı yetişdirmək istəyirəm.
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Niyə də yox?! Əgər sən onları birləşdirə bilməsən, uçuruma gedəcəksən. Bütün bunları birləşdirmək lazımdır, əvvəllər bunu mənə təhsillə bağlı deyirdilər. Təhsillə çox çətin idi. Çünki, oxumaq da insanın qüvvəsini alır. Adi həyatla daha asandır. Digərlərində olduğu kimi vaxtın çox olmaya bilər, lakin yetəri qədərdir.
- Öz ailən haqda danış bir az.
- Mənim anam idman gimnastikası və akrobatika üzrə idman ustasıdır, həmçinin beynəlxalq dərəcəli hakimdir. Atam da keçmiş gimnastdır. Adi idmançı ailəsiyik.
- Sevdiyin şəxs varmı?
- Xeyr, mən quş kimi müstəqiləm (gülür).
- Adətən, azarkeşlərin tribunalardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Mən bunu görmürəm, mənim proqramım və mən varam. Ətrafda baş verənləri görmürəm. Sərbəst hərəkətlərdə və dayaqla tullanma hərəkətlərində adətən azarkeşlərdən daha çox emosiya olur.
- Onlara nə demək istərdin?
- Onlara məni dəstəklədikləri və bu dəstəyi davam etdirdikləri üçün təşəkkür edirəm.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı