İdmançılar “Qanlı Yanvar”ı necə andı?- FOTOLAR
Bizi izləyin

İdman

İdmançılar “Qanlı Yanvar”ı necə andı?- FOTOLAR

Bu gün idmançılarımız da Qanlı 20 Yanvar hadisələrini anıblar.

Publika.az sosial şəbəkələrdə aktiv olan idman adamlarının bugünkü gün faciəni necə yad etdiklərini araşdırıb.

Qeyd edək ki, ölkəmizdə idman sahəsində çalışanlar da bu günü xatırlayıb sosial şəbəkələrdə şəkillər və rəylər paylaşıblar.

20 yanvarla bağlı paylaşılanları diqqətinizə çatdırırq:

2 qat Paralimpiya çempionu İlham Zəkiyev nəzarətində olduğu “Facebook” profilindən 20 Yanvar soyqırımı ilə bağlı şəkil paylaşıb və belə şərh yazıb:

“Ürəyimiz sızlayır... 25 il ötsə belə”.

Pekin Paralimpiadasının qızıl medalçısı Ramin İbrahimov da “Facebook”da 20 yanvarla bağlı şəkil paylaşıb. Şəklin üzərində “20 Yanvar, unutmadıq” sözləri yazılıb.

Kikboks üzrə 20 qat dünya çempionu Eduard Məmmədov da 20 Yanvar gününü yad edib. O “Instagram”dan və “Facebook”dan bu günə aid şəkil paylaşıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Dəfələrlə “K1” üzrə beynəlxalq turnirlərin qalibi olmuş Zabit Səmədov Azərbaycandan kənarda yaşamasına baxmayaraq, Qanlı Yanvar gününü unutmayıb. O, “Instagram”da üzərində ingilis dilində “Azərbaycanın faciəsi əsla unudulmayacaq. Bu faciəni dünya bilməlidir” (The tragedy Azerbaijan will never forget; the tragedy the world should know about) sözləri yazılmış şəkil paylaşıb.

“Qarabağ” klubunun idman direktoru Emrah Çelikel də Azərbaycanın yaddaşında qanlı tarix kimi həkk olunmuş bu günü unutmayıb.

Emrah bəyin sosial şəbəkədə paylaşdığı şəklin üzərində “20 Yanvar, tarixin qanlı səhifəsi” (“20 january, the bloody page of the history”) sözləri yazılıb.

“Xəzər Lənkəran”ın aşağı yaş qrupları üzrə koordinatoru İlhan Akgül 20 Yanvar soyqırımı ilə bağlı sosial şəbəkələrdən birindəki səhifəsində status paylaşıb:

“20 Yanvarda öz evlərində və silahsız bir şəkildə qətlə yetirilən azəri qardaşlarımızın məkanı Cənnət olsun ..

- Yalnız Türk mənşəli olduğu üçün vəhşi şəkildə Bosniyada, Çində (Uyğur Türkləri), İraqda (Türkmənlər) və daha dünyanın hər bir küncündə qətlə yetirilən qardaşlarımıza Allahdan rəhmət diləyirəm ..

- Heç bir səbəb insanın canının alınmasına bəhanə ola bilməz ..

Cinayətlərin və qırğınların irqi, dini, milləti olmaz …”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm