İdman
Güləşçilərimiz Məşhədə gedir
Yanvarın 29-30-da İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçiriləcək.
Publika.az xəbər verir ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edəcək.
Məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında turnirə yollanacaq yunan-Roma yığmasının heyətinə 10 güləşçi daxil edilib. Turnirdə ölkəmizi Mirsirac Həsənli (42 kq), Ramal Əhədli (46 kq), Nurağa Yusifli (50 kq), Xancavad Məcidzadə (54 kq), Məhəmmədəli Həsənli (58 kq), Ceyhun Nəsirov (63 kq), Cavanşir Qasımov (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədli (100 kq) təmsil edəcək.
Sərbəst güləşçilərin yarışında isə Şahin Muxtarov (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Fazil Həsənov, Fizuli Hüseynov (hər ikisi 58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə və Əhliman Quliyev (hər ikisi 76 kq) mübarizə aparacaq. Yığma komandaya böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədov rəhbərlik edəcək.
Beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev görüşlərin idarə edilməsində iştirak edəcək.
Turnirin proqramına əsasən, yanvarın 29-da sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq, yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sərbəst güləş üzrə 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşi üzrə 42, 50, 58, 69 və 85 kq çəkidə idmançılar isə yanvarın 30-da mübarizə aparacaq.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ