Prosineçki həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcək
Bizi izləyin

İdman

Prosineçki həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcək

Antalyada təlim-məşq toplanışında olan Premyer Liqa klublarının məşq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan milli komandasının baş məqşçisi Robert Prosineçki açıqlama verib.

Publika.az xəbər verir ki, xorvat çalışdırıcı təəsüratlarını bölüşərkən futbolçular haqda yetərincə məlumat topladığını vurğulayıb:

"Burada olduğum müddətdə xeyli məlumat əldə etmişəm. Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm".

Prosineçki hələlik gördüklərindən razı qalıb: "Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər. Hələ ki, gördüklərimdən razıyam. Oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır".

Prosineçki ölkədən kənarda çıxış edən futbolçularımız barədə də məlumatlı olduğunu bildirib: "Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqda məlumatım var. Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədir. Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündür. Buna zamanım yetməz".

Baş məşqçi fevralda yoxlama oyunu keçirmək üçün hələ rəqib tapa bilmədiklərini deyib: "Millinin toplanışı ərzində keçirəcəyimiz yoldaşlıq oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FIFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb yoldaşlıq oyunu keçirəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm