İdman
Suares DÇ-2026-da oynamaq istəyir?
“İnter Mayami”nin 39 yaşlı hücumçusu Luis Suares 2026-cı il dünya çempionatında iştirak etmək üçün Uruqvay millisinin heyətinə qayıtmaq ehtimalını istisna etməyib.
Publika.az xəbər verir ki, 2024-cü ilin sentyabrında milli karyerasını başa vuran futbolçu bildirib ki, əgər yığma ona ehtiyac duysa, komandaya kömək etməyə hazırdır.
“Milli komanda mənə ehtiyac duysaydı, xüsusilə dünya çempionatı ərəfəsində ona kömək etməkdən heç vaxt imtina etməzdim. O vaxt yeni nəsilə yer verdim. Deməməli olduğum sözlər dedim. Üzr istəməli olduğum insanlardan artıq üzr istəmişəm”, – deyə Suares bildirib.
Dünya çempionatının qrup mərhələsində Uruqvay millisi İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Luis Suares 69 qolla Uruqvay millisinin tarixində ən yaxşı bombardir olaraq qalır. Təcrübəli hücumçu milli komanda ilə 2011-ci ildə Amerika Kubokunu qazanıb, 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında isə dördüncü yeri tutub.
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO












.jpg)






















