İKT
Oyun deyib keçməyin: İçindən 90 UNO görüntüsü çıxdı
"Reddit" istifadəçisi 1996-cı ildə "PlayStation 1" platforması üçün buraxılmış, az tanınan Yapon oyununda naməlum uçan obyektləri (UNO) əks etdirdiyi ehtimal olunan 90 videoyazı aşkar edib. Həvəskara gizli materialları "Linux" əməliyyat sistemi və "Claude" süni intellektinin köməyi ilə əldə etmək mümkün olub.
Publika.az xəbər verir ki, bu barədə "Cybernews" portalı məlumat yayıb.
Rəqəmsal araşdırmaya Yaponiyalı rahib Cosen Takanonun açıqlaması səbəb olub. O, 1990-cı illərin əvvəllərində NASA-nın Kosmik Mərkəzinə səfəri zamanı UNO-larla bağlı materialları gizli şəkildə köçürdüyünü iddia edir. Onun sözlərinə görə, sonradan həmin videoyazılar "Junichi Yaoi: Top Secret Project: Chase the UFO "videooyununa əlavə məzmun kimi daxil edilib.
Bu hekayə ilə maraqlanan "Reddit" istifadəçisi oyunun rəqəmsal surətini tapıb və neyron şəbəkəsinin köməyi ilə videomaterialları bərpa etmək üçün xüsusi skript hazırlayıb. Aşkar edilən görüntülər arasında kosmik fəzanın çəkilişləri, parlaq rombşəkilli obyekt və folqanı xatırladan, sanki tüstü buraxan sirli konstruksiya yer alıb.
Həvəskar tapdığı videoyazıları “YouTube” platformasında yayımlayıb və bununla da ufologiya həvəskarları arasında geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər materialların bir qisminin əvvəllər də açıq mənbələrdə yayımlandığını qeyd ediblər. Bununla belə, videoyazıların NASA arxivlərinə aid olması və izaholunmaz hadisələrlə əlaqəsi hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Hüseyn İbadlı
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı
-
Səhiyyə07:30Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
-
Magazin206:16Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı












.jpg)













.png)










