“Qarabağ” Polşa çempionunu məğlub etdi
Bizi izləyin

İdman

“Qarabağ” Polşa çempionunu məğlub etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası yanvarın 27-də hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa çempionu “Legiya” komandası ilə qarşılaşıb. Oyun “Qarabağ”ın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Reynaldo və Cavid Tağıyev fərqləniblər.

“Qarabağ” bundan əvvəlki yoxlama görüşlərində Xorvatiyanın “Split” (1:3) və Bolqarıstanın “Levski” (0:3) klublarına məğlub olmuşdu. İsveçrə “Sürix” komandası ilə isə bərabərə (1:1) qalmışdı.

“Qarabağ” klubunun Antalyadakı növbəti rəqibi Rusiya təmsilçisi “Mordoviya” olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm