Millimizin heyətində məcburi dəyişiklik
Bizi izləyin

İdman

Millimizin heyətində məcburi dəyişiklik

AÇ-2016-nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.

Publika.az xəbər verir ki, Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə Almaniyanın “Ayntraxt” klubundan Emil Balayev milliyə çağırılıb.

Qeyd edək ki, Azərbaycan - Malta oyunu martın 28-də, saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm