İdman
Bakı 2015: Bolqarıstan Dalakliev və Georgievi göndərir
Bolqarıstanın Taekvondo Federasiyası Avropa Oyunlarına Vladimir Dalakliev və Teodor Georgievi göndərir.
Publika.az xəbər verir ki, 23 yaşlı Dalakliev iki Dünya Çempionatı və iki Avropa Çempionatında iştirak edib, 2012-ci ildə gənclər arasında Avropa çempionu olub. Bakı 2015 Avropa Oyunlarında 68 kq çəki dərəcəsində yarışacaq Dalakliev 2011-ci il Dünya Çempionatında 1/4 finala yüksəlib.
Georgiev Bakı 2015 İlk Avropa Oyunlarında 74 kq çəki dərəcəsində yarışacaq. 23 yaşlı idmançı bu ilin əvvəlində öz karyerasının ilk titulunu İsveçrə Açıq Çempionatında qazanıb.
İdmançılar Olimpiya və dünya reytinqlərinə əsasən öz kvota yerlərini əldə ediblər.
"Bu mühüm nəticə Bolqarıstanın taekvondo döyüşçülərinin məqsədyönlü əməyinin nəticəsi və bütün bizim məşqçilərimizin, idmançılarımızın və üzvlərimizin nailiyyətidir", - deyə Bolqarıstan Taekvondo Federasiyası öz internet səhifəsində bildirib və belə əlavə edib: “Bu Oyunlar üzrə əhəmiyyətli nəticələr Bolqarıstan Taekvondo Federasiyasının 2012-2016-cı illər üzrə Olimpiya dövrü üçün məqsədyönlü siyasəti sayəsində əldə olunub".
“Azərbaycanda mübarizə aparacaq Dalakliev və Georgiev ölkənin Rio-2016 Olimpiya Oyunlarına doğru yönəlmiş məqsədi istiqamətində irəliyə doğru daha bir addım atıb” - deyə federasiya qeyd edib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ