İdman
Müəmmalı “M” gecəsi
Bu gün və sabah Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. İlk finalçı bu axşam bəlli olacaq. Çoxları üçün hətta bəllidir. İlk oyunda “Nou Kamp”da “Bavariya”nı böyük hesabla məğlub edən (3:0) “Barselona”nın bir ayağı finaldadır. Buna yalnız qatı “Bavariya” fanatları şübhəylə yanaşa bilər. Amma...
Bu gecəni müəmmalı “M” gecəsi də adlandırmaq olar. “Bavariya” “Barselona”nı Münhendə qəbul edəcək. Münhendə möcüzə olacaqmı? Yoxsa Münhen Messi möcüzəsinə şahidlik edəcək? Münhen, Messi, möcüzə - bu üç kəlmədən hansının uyğun gəldiyini gecə biləcəyik.
Hər iki klubun yerli çempionatda işləri qaydasındadı. "Bavariya" Bundesliqada çempionluğu bir neçə tur öncədən təmin edib. "Barselona" da artıq çempionluğun bir addımlığındadır. Belə ki, katalonlar La Liqada sona iki tur qalmış ən yaxın izləyicisi "Real"ı 4 xal qabaqlayır.
Bu il zədəylə bağlı problemlərdən yaxa qurtara bilməyən almanlar "Barsa"yla oyunöncəsi də eyni sıxıntını çəkir. Belə ki, "Bavariya"nın əsas heyət üzvlərindən Alaba, Badştuber, Riberi və Robben bu gün baş tutacaq oyunu da buraxmalı olacaq. "Barselona"da isə heç bir itki yoxdur.
Çempionlar Liqası, yarımfinal, cavab oyunları
23:45 Bavariya - Barselona (ilk oyun 0:3)
Stadion: "Alyans Arena".
Baş hakim: Mark Klattenburq (İngiltərə).
TV: İdman Azərbaycan, NTV (Rusiya), NTV (Türkiyə).
Zədəli: Alaba, Badştuber, Riberi, Robben (hamısı “Bavariya”).
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO