İdman
Qızlarımız İzmirdən 2 qızıl, 1 gümüş və 2 bürünclə gəlirlər
Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər arasında 18-ci beynəlxalq turnir keçirilib.
Publika.az xəbər verir ki, turnirdə ölkəmizi yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edib. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan güləşçilərimiz ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, komanda hesabında turniri 4-cü sırada tamamlayıb.
Zemfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq) bütün rəqiblərindən üstün olaraq, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Sona Tumarxanova (49 kq) yalnız final görüşünü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə Səbinə Həmzəlzadə (49 kq) və Tatyana Varantsova (56 kq) qazanıb. Gülcahan Hacıyeva (46 kq) bürünc medal uğrunda həlledici görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.
-
Sosial17:38
Bakıda dəhşətli intiharın detalları: Komendant mane olmaq istəyibmiş
-
Rəsmi xronika17:15
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:19
“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu
-
Sosial15:36
Azərbaycanda yeni nazir təyin edildi
-
Sosial15:01
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
-
İdman14:06
Mbappe Madridə bu gözəllə köçəcək - FOTOLAR
-
Hadisə13:41
Bakıda dəhşət: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü - Hər ikisi...
-
Dünya13:11
Rusiyada Hitlerin fanatı həbs olundu