İdman
"Real"ı "Atletiko"ya dəyişir: Finalda yaşananlar ona təsir edib?
"Real"ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin klubu dəyişmək barədə düşünür.
Publika.az xəbər verir ki, yaxşı mövsüm keçirən qapıçı Tibo Kurtuanın zədələnməsindən sonra Karlo Ançelottinin etimadını qazanıb.
Bununla belə, belçikalı qolkiper Çempionlar Liqasının finalına qədər sağalıb və həlledici görüşdə iştirak edib, Lunin isə oyunu kənardan izləyib. Bildirilir ki, oyunun sonunda Lunin emosiyalarında təmkinli olmağa çalışsa da, o qədər də xoşbəxt görünməyib.
"Relevo"nun məlumatına görə, "Atletiko" Lunin ətrafındakı vəziyyəti yaxından izləyir. Madrid klubunun əsas qapıçısı Yan Oblakın karyerasını MLS-də davam etdirmək üçün klubdan ayrılacağı təqdirdə Andrey ilə müqavilə imzalamağa hazırdır.
Lunin daha çox oyun şansı qazanmaq üçün bu variantı dəyərləndirməyi hazırdır.
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: Tələsik addımlar atmayın!
-
Hadisə00:35Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK


































