İKT
Zəif internet üçün "Search Lite"
"Google" şirkəti zəif internetə malik regionlarda tətbiq
üçün nəzərdə tutulmuş "Search Lite" proqramının sınaqlarına
başlayıb. Hələ ki, bu proqram yalnız İndoneziyada
əlçatandır.
Publika.az ICTnews-a istinadən bildirir ki,
"Search Lite" mobil proqramının funksional imkanları adi
krossplatformalı proqramların imkanları ilə oxşardır. Məsələn,
istifadəçilər axtarış sorğularını klaviaturadan və ya səslə daxil
edə bilərlər. Tərcümə imkanları, "Google News" bölməsinə giriş,
lokal informasiyanın göstərilməsi (hava proqnozu və sairə) nəzərdə
tutulub. Dizayndakı fərqlər nəzərəçarpandır.
"Search Lite" mobil proqramı iş prosesində az həcmdə trafik sərf
edir.
Bu, "Google" tərəfindən zəif internetə malik ölkələr üçün proqramın
yüngül versiyasının istifadəyə verilməsi ilə bağlı ilk cəhd deyil.
Ötən il Hindistanda məhdud internet çıxışa malik regionlar üçün
nəzərdə tutulmuş "YouTube Go" mobil proqramı istifadəyə
verilib.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO