İKT
“Azercell”in prezidenti tətbiq edəcəkləri yeniliklərdən DANIŞDI - FOTO
Bu gün “Bakutel” sərgisi çərçivəsində sərginin baş sponsoru olan “Azercell” tədbir keçirərək, ən son yenilikləri ilə bağlı jurnalistləri və tədbirə qatılanları məlumatlandırıb.
Publika.az xəbər verir ki, şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək “Azercell”in yeni planlarından və sərgidə nümayiş olunan yeni texnologiyalardan danışıb:
“Bizim hər zaman piroritetimiz müştəri məmnunluğu olub. Bu il ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll vasitəsilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, çoxkanallı qaynar xəttin yaradılması, fərdi telesekretae və s. imkanlardan yararlana biləcəklər.
“Smart Parking” adlı digər bir texnologiya ilə küçələrdəki kameraların vasitəsilə maşın üçün parklama yerinin axtarıb tapılması mümkündür.
Bundan başqa, stendimizdə “Azercell Plus Təhlükəsizlik” xidməti ilə tanış ola bilərsiniz. Hansı ki, bu yenilik saytlar, fayllar və proqramları viruslara qarşı qoruyur, təhlükəsizliyini yoxlayır.
Sərgidə təqdim olunan “Azercell Plus Musiqi” xidməti vasitəsilə 28 milyondan artıq musiqi parçasını telefondan dinləmək mümkündür”.
Qeyd edək ki, "Bakutel 2017" sərgisinin keçirildiyi 4 gün ərzində Azercell stendində siz əyləncəli viktorinalarda iştirak edib, hədiyyələr qazana bilərsiniz.
Pərviz
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ