İKT
Smartfonların şüası insan sağlamlığına ziyan vurmur - Mütəxəssis rəyi
Amerika Birləşmiş Ştatlarının “Toksikologiya üzrə milli proqram” təşkilatının üzvləri smartfonların şüalarının insan orqanizminə nə dərəcədə mənfi təsir göstərə biləcəyini öyrənməyə çalışıb.
Publika.az xəbər verir ki, təşkilat mobil telefonların şüalarının insanlara nə kimi ziyan verə biləcəyini müəyyən etmək məqsədilə 2 tədqiqat keçirib. Tədqiqatlar nəticəsində isə smartfonlardan istifadə zamanı, şüaların insan sağlamlığını təhlükəyə atacaq heç bir mənfi reaksiyasının olmamasına qərar veriblər. Bununla yanaşı, bəzi normativlərə riayət olunması da tövsiyə edilib.
Təşkilat apardığı tədqiqatların yekun nəticələrini rəsmi
səhifələrində yayımlayıb. Hesabatda qeyd olunur: “Hazırda
ionlaşmayan şüalanmanın xərçəng xəstəliyinin inkişaf riskini
artırması ilə bağlı əsaslı sübutlar mövcud deyil. Getdikcə
populyarlıq qazanan “hands-free” texnologiyaları, o cümlədən simli
və simsiz qarniturlar başa və beyinə radiotezlik təsirini azalda
bilərlər”.
Tədqiqat çərçivəsində mütəxəssislər təcrübələri ilk olaraq
siçovullar üzərində apardıqlarını vurğulayıblar. Belə ki,
siçovulları smartfonları və mikrodalğalı sobaların buraxdıqları
şüalar kimi radiotezlik şüalanmasının təsirinə məruz qoyublar.
Uzunmüddətli şüalanmadan sonra heyvanlarda oxşar şüalanmaya məruz
qalmayan digər siçovullarda olduğu kimi, eyni sağlamlıq
göstəriciləri aşkarlanıb. Onların bəzisi hətta daha çox ömür
sürüb.
Eyni zamanda tədqiqatçılar tərəfindən mobil telefonlardan həddən
artıq istifadə etməmək və yuxu zamanı uzaqda saxlamaq tövsiyə
edilir.
Könül Cəfərli
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ