Azərbaycanda ilk dəfə kibertəhlükəsizliklə bağlı tədbir keçiriləcək
Bizi izləyin

İKT

Azərbaycanda ilk dəfə kibertəhlükəsizliklə bağlı tədbir keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq martın 11-dən 15-dək beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilir.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

Məlumat üçün bildiririk ki, “Kibertəhlükəsizlik həftəsi” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm